“Erməni tərəfi döyüş meydanında uğursuzluqla üzləşdi, çünki biz böyük qüvvəyə qarşı savaşırdıq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici işlər naziri Ara Ayvazyan deyib.
“Məsələni düzgün qiymətləndirmək lazımdır. Əsgərlərimiz böyük bir qüvvəyə qarşı vuruşdu. İndi vəziyyəti sabitləşdirmək üçün hər şeyi etməliyik”, - nazir qeyd edib.
Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın müsbət tərəflərini qiymətləndirən Ayvazyan bildirib: “Müharibənin dayandırılması müsbət haldır”.