30 Noyabr 2020 12:30
2 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ ermənilərin liderləri Arkadi Qukasyan və Bako Saakyan oktyabrın 20-də müharibə dövründə milli birliyin ifadəsinə çevriləcək təşəbbüslə çıxış etdilər. Onlar Ermənistanın keçmiş prezidentləri və Qarabağ ermənilərinin liderlərinin birgə görüşünün keçirilməsini təklif etdilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan özünün Feysbuk səhifəsində Levon Ter-Petrosyan və Robert Köçəryanın Moskvaya getmək planlarının baş tutmamasının səbəbləri haqda yazıb.

Onun sözlərinə görə, görüş təklifini müzakirə etdikdən sonra onun özü buna razılıq verib: “Növbəti görüşümüzdə Arkadi Qukasyan və Bako Saakyan bildirdilər ki, Robert Köçəryan və Levon Ter-Petrosyan Moskvaya getmək, orada yüksək səviyyəli görüşlər keçirmək istəyirlər.

Geri qayıtdıqdan sonra İrəvanda görüş təşkil edək, bir növ məlumat mübadiləsi keçirək və vəziyyəti müzakirə edək. Bildirdim ki, mən razıyam, onlara hökumət təyyarəsi də verəcəyəm. Getsinlər, görüşsünlər, geri qayıtsınlar. Amma Qarabağdakı erməni liderləri başqa bir məsələ qaldırdılar. Onlar mənə Levon Ter-Petrosyanın və Robert Köçəryanın Moskvaya xüsusi elçi kimi vasitəçi qismində getmələrini təklif etdilər. Mən də qeyd etdim ki, Rusiya prezidenti ilə daim əlaqə saxlayıram, elə gün olur ki, gündə 5-6 dəfə telefonla danışırıq. Mənim onunla birbaşa danışa bilməyəcəyim və bunu xüsusi elçilər vasitəsilə söyləyəcəyim nə ola bilər?”

Paşinyan qeyd edib ki, o keçmiş Ermənistan liderlərinin təqaüddə olan prezidentlər qismində Moskvaya səfər etməsini təklif edib: “Moskvada keçmiş Rusiya prezidenti, hazırda Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin qonaqları olsunlar və onların Rusiya Prezidenti Putinlə nəzakətli görüşü təşkil olunsun. Arkadi Qukasyan və Bako Saakyan bu təklifi sabiq prezidentlərlə müzakirə edəcəklərini deyərək getdilər. Amma bu təklif onları maraqlandırmadı”.

Ermənistan baş naziri vurğulayıb ki, sonradan sabiq prezidentlər Moskvaya getməyə razı oldular: “Bu vaxt Köçəryanın pasport problemi ortaya çıxdı. Məhkəməyə müraciət etmələrini təklif etdim, bildirdim ki, prokurorluqdan pasportun qaytarılması üçün xahiş edəcəyəm. Məhkəmə pasportu Köçəryana qaytardı, amma Levon Ter-Petrosyan və Köçəryan Moskvaya uçmadı”.


Müəllif: Cavad

Oxşar xəbərlər