Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbilə hökumət binası qarşısında toplaşan nümayişçiləri həbs etməyə başlayıb.
Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, bundan əvvəl bir qrup müxalifətçi Nazirlər Kabineti binasına bitişik olan Tiqran Mets (Böyük Tiqran) prospektini bağlayıb.
Bəziləri hökumət binasının yaxınlığında aksiyaya davam edirlər.
Qeyd edək ki, aksiya saat 11:00-da başlayıb. Dünən isə etirazçılar İrəvandakı Ermənistan parlamentinin binası qarşısına toplaşaraq baş nazir Nikol Paşinyanın istefasını tələb etmişdilər.