Qarabağda baş verən 44 günlük müharibədən bir ay keçsə də Ermənistan və Qarabağdakı separatçı rejim itkilərini açıqlamaqda davam edir.
Teleqraf.com xəbər verir ki, erməni tərəfi bu gün öldürülən daha 33 hərbçisinin adını açıqlayıb.
Müharibənin başa çatmasından bir ay sonra itkilərin açıqlanması təəccübə səbəb olub. Bu onu göstərir ki, düşmən rəsmən elan etdiyindən daha çox itkilər verib.