22 Dekabr 2020 16:23
1 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İrəvanda Respublika Meydanında müxalifətin mitinqində iştirak edənlərin bir qismi Daşnaksütyun Partiyasının funksioneri İşxan Saqatelyanın çağırışı ilə hökumət binasını mühasirəyə alıb.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları hökumət binasının yaxınlığında bir neçə kordon müdafiə sistemi qurub.

Aksiya iştirakçıları isə hökumət binası qarşısında “Xain Nikol”, “Nikolsuz Ermənistan” şüarları səsləndirib.

İşxan Saqatelyan bəyan edib ki, Paşinyan hökumətinin fəaliyyəti dövlətin əleyhinə yönəlib və belə bir hökumətə ehtiyac yoxdur.

Müxalifətçi aksiyaya qatılan insanları təxribatlara uymamağa və hökumət binasına daxil olmamağa çağırıb.


Müəllif: Cavad