Axtarış işlərinin nəticələrinə görə, daha 3 erməni hərbçinin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı qurumun nümayəndəsi Hunan Tadevosyan məlumat verib.
Onun sözlərinə görə, iki cəsəd Cəbrayıl istiqamətində, bir cəsəd də Xocavənddə tapılıb:
“Hazırda axtarış işləri Xocavənd və Füzuli istiqamətlərində davam edir. Hadrut ərazisindəki axtarış işlərinin başlayıb-başlamayacağı hələ dəqiq deyil”.
Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunduqdan bu günə qədər ümumilikdə bölgədən 1138 erməni hərbinin cəsədi tapılıb.