Ermənistan müxalifətinin (Vətəni Xilas Hərəkatı) mitinqi başlamazdan əvvəl polis qüvvələri paytaxt İrəvanın mərkəzi küçələrində yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayıb.
Xüsusilə, parlament binasının yaxınlığı, Maştots prospekti, Respublika meydanı və digər yerlərə çox sayda polis texnikaları gətirilib.
Qeyd edək ki, müxalifətin mitinqi yerli saatla 15:00-da başlayacaq. Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan bugünkü mitinqin böyük və maraqlı sonluqla keçiriləcəyinə söz verib.