Ermənilər bu gün də müharibə zamanı döyüş meydanlarında qalan erməni əsgərlərinin cəsəd və qalıqlarının axtarışını aparmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası yazır.
Qeyd edilir ki, erməni əsgərlərinin qalıqlarının tapılmasına dair axtarışların dayandırılmasına səbəb əlverişsiz hava şəraitidir.
Bu gün ermənilər Xocavənd, Füzili və Cəbrayıl istiqamətində axtarış aparmağı planlaşdırmışdı.
Qeyd edək ki, 10 noyabrdan sonra ermənilər döyüş meydanlarından 1499 cəsəd götürüb.