31 May 2021 13:51
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan xarici işlər naziri vəzifəsindən istefa verən Ara Ayvazyan Təhlükəsizlik Şurasının iclasında Paşinyanın sərhəddəki vəziyyətin kəskinləşməsi ilə əlaqədar planına narazılığını bildirməyib”.

Teleqraf.com xəbər verir ki, bunu “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan parlamentdəki çıxışında deyib.

“Paşinyan Xarici İşlər Nazirliyinə təlimat verəndə Ayvazyan oturdu və razılıqla başını yellədi. Kadrlar var və hamı bunu gördü. Mənim üçün istefası sürpriz oldu», - Marukyan bildirib.

Marukyan Ayvazyanın Paşinyanın imzalamaq istədiyi sənəd üçün məsuliyyətdən yayınmaqdan ötrü istefa verdiyini düşünmədiyini söyləyib.

O, Ayvazyanın buna qarşı mübarizə aparmadığını da diqqətə çatdırıb.

Hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts Təhlükəsizlik Şurasının iclasından əvvəl Paşinyan sözügedən sənədin məzmununu Ayvazyana təqdim etdiyini və onun buna heç bir etirazının olmadığını deyib.

Makuntsa görə, Ara Ayvazyanın istefası bu sənədlə əlaqəli deyil.

Ara Ayvazyan mayın 27-də istefa verib. Erməni mətbuatının iddiasına görə, buna səbəb Ayvazyanın Paşinyanın Azərbaycanla imzalayacağı növbəti sənədə etiraz etməsi olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər