11 İyun 2021 12:17
2 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyana seçiləcəyi təqdirdə, rəqiblərinə qoşulmamaq şərti ilə prezident vəzifəsi vədini verib”.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.

Nəşrin iddiasına görə, Paşinyanı onu öz partiyasının (“Vətəndaş Müqaviləsi”) seçki siyahısına daxil etmək cəhdləri uğursuz olsa da, ona vəd verib.

Baş nazirin Dəmirçiyandan bu günlərdə müxalifətçiləri və xüsusən eks-prezident Robert Köçəryanı tənqid etməsini istəyib.

“Görünür Dəmirçiyan Paşinyanın vədini ciddi qəbul edib və gələcək prezident olmaq perspektivini bəyənib. Yeganə ağır artilleriyasını – bu günlərdə Robert Köçəryanı və Levon Ter-Petrosyanı sərt tənqid edən Qriqor Arutyunyanı meydana çıxarıb”, - qəzet qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər