15 İyun 2021 21:15
5 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan bu dəfə də hakimiyyətdə qalsa, Sünikdə (Zəngəzur) Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq”.

Teleqraf.com xəbər verir ki, bunu “Dirçələn Ermənistan” partiyasının lideri Vahe Akopyan deyib.

“Bir az daha hakimiyyətdə qalsalar, erməni bayrağının yerinə Türkiyə və Azərbaycan bayraqları olacaq. Bu gün bayraq günümüzdür.

Amma Paşinyan silahlanaraq Sünikə gedir. Xüsusi texnika ilə silahlanmış 1500-dən çox polisin müşayiəti ilə... Bunları kimə qarşı istifadə edəcəksiniz? Ümid edirəm ki, bizə qarşı yox”, - Akopyan qeyd edib.

O, Paşinyanın xalqdan qorxmağa başladığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər