Ermənistanın müdafiə naziri Arşak Karapetyan Qazaxıstanın bu ölkədəki səfiri Bolat İmanbayevi qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Karapetyan görüş zamanı Ermənistan və Azərbaycan arasındakı son gəlişmələr barədə səfiri məlumatlandırıb.
Həmçinin müdafiə sahəsində Ermənistan-Qazaxıstan əməkdaşlığı, iki ölkə arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, həmçinin çoxtərəfli formatda planlaşdırılan tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.