Fransadan Ermənistana qanunsuz yolla gətirilən kokain partiya saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlum olub ki, Fransa vətəndaşı sentyabrın 3-də Paris-İrəvan reysi ilə Ermənistana daxil olub. Bu zaman ondan kokain tapılıb. Kokain partiyasının İrəvana satış üçün gətirildiyi üzə çıxıb. Həmin şəxs həbs edilib, hazırda hadisənin şərtləri, habelə əlaqəli şəxslərin əhatə dairəsini aydınlaşdırmaq üçün tədbirlər görülür.
Fransadan Ermənistana kokain gətirən şəxsin adı açıqlanmasa da, böyük ehtimalla onun Fransa vətəndaşı olan erməni olduğu ehtimal edilir.