Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Suren Papikyanı müdafiə naziri təyin etməklə “vacib siyasi qərar” qəbul etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, baş nazir bu gün Suren Papikyanı Müdafiə Nazirliyinin şəxsi heyətinə və Silahlı Qüvvələrin yüksək rütbəli zabitlərinə təqdim edib.
“Hörmətli generallar və zabitlər, ölkəmiz ciddi strateji çağırışlarla üz-üzədir və bizim həmin çağırışları Ermənistanın, Qarabağın (Paşinyan “Artsax” deyib-S.Həmid) və erməni xalqının maraqları naminə idarə etməməyə haqqımız yoxdur.
Ölkə rəhbərliyi ölkəni bu strateji çağırışların kəsişməsindən uğurla çıxarmaq, dayanıqlı və davamlı inkişafa yol açmaq üçün hansı addımların atılmasının lazım olduğu barədə aydın təsəvvürə malikdir və biz bu yolla gedəcəyik”, - deyə o bildirib.