Ermənistan Baş naziri Nikol Paşinyan köməkçisi Artaşes Tumanyanı İrana işgüzar səfərə göndərmək barədə qərar imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Artaşes Tumanyan Beynəlxalq Neft-kimya və Qaz Sərgisində iştirak etmək üçün 12-16 may 2022-ci il tarixlərində İrana (Tehran) ezamiyyətə göndərilib.
Tumanyan ezamiyyətin yekunları haqqında Paşinyana hesabat təqdim edəcək.