14 Sentyabr 2022 22:27
3 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycana qarşı atdığı təxribatçı addımlar nəticəsində sərhəddə itirdiyi hərbi təyinatlı obyektlərini bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlyas Hüseynov deyib.

Ekspert Ermənistanın son təxribatçı fəaliyyətlərinin ona baha başa gəldiyini söyləyib:

“Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib ki, ölkədə hərbi vəziyyət elan etmək və səfərbərliyə başlamaq lazımdır.

Baş verən proseslər göstərir ki, faktiki olaraq sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində - Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı.

Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır.

Biz müharibə istəmirik, bizi müharibəyə təhrik edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər