“KTMT-nin hələ də lazımi cavab verməməsi faktı o deməkdir ki, bizim gözləntilərimiz özünü doğrultmayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq Radiosu”nun erməni bürosuna müsahibəsində deyib.
O qeyd edib ki, rəsmi İrəvanın KTMT-dən tələbi olub, amma bu hələ də yerinə yetirilməyib: “Təbii ki, bu hissə bizi qane edə bilməz. Qazaxıstanda baş verən hadisələr zamanı mən ümidvar idim ki, KTMT mexanizmləri nəhayət işləyəcək, presedent yaranacaq. Təbii ki, belə bir ümid var idi və təbii ki, artıq belə bir ümid yoxdur”.