20 Oktyabr 2022 17:22
2 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasının yaxın vaxtlarda keçirilməsi məsələsi üzərində iş aparılır. Qarşıdakı görüş zamanı üzv ölkə liderlərinin videokonfrans vasitəsilə KTMT-nin Ermənistandakı missiyasının işinin nəticələrini müzakirə edəcəkləri gözlənilir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“O cümlədən Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərar layihəsinə baxmalıdırlar!”, - Zaxarova bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər