11 Noyabr 2022 21:43
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin gedişatı, sərhədlərin delimitasiyası, eləcə də regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı aparılan işlər barədə məlumat verib.

Nazirlər oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekununda qəbul edilmiş bəyanatın əhəmiyyətini vurğulayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər