“Ermənistanın KTMT-dən çıxma prosesi başlayır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Beynəlxalq Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko deyib.
Siyasi ekspert bildirib ki, İrəvanın son addımı, eləcə də əvvəlkilər (Ermənistanda KTMT təlimlərindən imtina, Paşinyanın İrəvanda təşkilatın yekun bəyannaməsini imzalamaması) Ermənistanın KTMT-dən çıxma prosesinə başlaya biləcəyini nümayiş etdirə bilər.
Bezpalko qeyd edib ki, Ermənistan rəhbərliyi xarici siyasətini Qərbə doğru dəyişdirib.
Dünən Ermənistan Xarici İşlər Nazirliyi rəsmi İrəvanın KTMT baş katibinin müavini kvotasından imtina etmək qərarına gəldiyini açıqlayıb.