Ermənistanda ABŞ-la birgə hərbi təlimləri başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ ordusunun Avropa və Afrika Komandanlığı məlumat yayıb.
Təlimlərdən əvvəl açılış mərasimi keçirilib. Mərasim İrəvan yaxınlığındakı “Zar” təlim mərkəzində baş tutub.
Təlimdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov birgə təlimlərə sərt reaksiya verib. Onun sözlərinə görə, Ermənistan və ABŞ arasında hərbi təlimlər regionda vəziyyətin sabitləşməsinə kömək etmir.
Öz növbəsində xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya Ermənistan rəhbərliyinin ABŞ-la hərbi təlimlər keçirmək niyyətindən təəssüflənir.