Hazırda NATO-nun Ermənistan hesabına genişləndirilməsi imkanlarını nəzərdən keçirmir və İrəvanın özü də təşkilata üzvlük üçün müraciət etməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzetinə alyansdan məlumat verilib.
“Cənab Fellingerin NATO ilə rəsmi əlaqəsi yoxdur. O, NATO əməkdaşı deyil, onun fikirləri onun özünə məxsusdur və alyansın fikirlərini əks etdirmir. Rəhbərlik etdiyi qurumun adı “NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi” olsa da, alyansın komitəsi və ya orqanı deyil”, - NATO-nun rəsmi nümayəndəsi deyib.
O, həmçinin vurğulayıb ki, NATO ilə münasibətlərinin səviyyəsinə alyansın tərəfdaşlarının özləri qərar verməlidir.
“Ermənistan tərəfindən alyansa üzv olmaq üçün rəsmi müraciət olmayıb. Hərbi bloka qoşulmağa can atmayan digər tərəfdaş ölkələrlə uzunmüddətli əməkdaşlığı nəzərə alsaq, bu, bizim nöqteyi-nəzərimizdən problem deyil”, - NATO-dan qəzeti bildirilib.
NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsinin rəhbəri Günter Fellinger bundan əvvəl Ermənistanı alyansa üzv olmağa çağırmışdı.