Ermənistan hökuməti Rusiyaya qarşı demarş həyata keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr qeyd edir ki, Nikol Paşinyan hökuməti məqsədəuyğunluğunu əsaslandırmadan Roma Statutunu ratifikasiya üçün parlamentə göndərib:
“Bu o deməkdir ki, Paşinyanın son günlər bəhanələrinə baxmayaraq, həqiqətən də onun rəhbərliyi altında anti-Rusiya demarşı həyata keçirilir. Bu sənədin Rusiya dövlət başçısına qarşı qəbul edilib-edilməməsinə belə aydınlıq gətirməyi lazım bilməyiblər. Ermənistan Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunu ratifikasiya etməklə, beynəlxalq məhkəmənin Vladimir Putinin həbsi ilə bağlı tələbini yerinə yetirmək öhdəliyini üzərinə götürəcək. Yəni buna borclu olacaq.
Roma Statutu sentyabrın 1-də parlamentə göndərilib. Paşinyan bundan bir gün əvvəl İtaliya mətbuatına müsahibəsində Rusiyanı sərt tənqid edib, bundan sonra Ermənistan-ABŞ hərbi təlimləri başlayıb və Anna Akopyan Ukraynaya gedib.
Bu zəncir rusların narazılığına səbəb oldu. Yalnız Moskvanın sərt mesajlarından sonra Paşinyan Roma Statutunun Rusiyaya qarşı qəbul edilmədiyini aydınlaşdırmağı lazım bildi”.