8 Fevral 13:30
1 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq Ermənistan üçün faydalı olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

“Əlbəttə, iqtisadi baxımdan birliyə daxil olmaq İrəvan üçün sərfəlidir, fikrimizcə, bundan imtina etmək ölkənin maraqlarına zidd olardı”, - Pankin bildirib.

Keçən ay Baş nazir Nikol Paşinyan söyləmişdi ki, Ermənistan AİB-də məhz iqtisadi əməkdaşlıq çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə davam edir. Ermənistan rəhbəri Avrasiya inteqrasiyasını siyasiləşdirmək cəhdlərinin qarşısını alacağını da vurğulamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər