Aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Avropa Birliyi-Ermənistan görüşündə İrəvana sadəcə 1 milyard dollar vəd edilə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın 1or.am saytı yazır.
Portal iddia edir ki, Qərbin verəcəyi maddi vəsaitlər hərbi-siyasi yox, digər sahələrə yönəldiləcək:
“Ermənistan aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan Paşinyan-Leyen-Blinken görüşündən yalnız 1 milyard dollar dəstək gözləyə bilər. Maraqlıdır ki, illər əvvəl Qərb ölkəmizə 2.6 milyard dollar yardım vəd etmişdi. Bu, hələ də vəd səviyyəsində qalır. İndi endirimli yardımın niyə hökumətimizi bu qədər həyəcanlandırdığı bəlli deyil.
1 milyard dollara görə Rusiyanı 24 saat daşqalaq etmək də anlaşılan deyil, xüsusən də Rusiya ilə iqtisadi əlaqələr, Avrasiya İqtisadi Birliyinə üzvlük və Ermənistana gələn minlərlə rusiyalının hesabına hər il dövlət büdcəmizə daha çox gəlir daxil olursa...
Əslində, 5 aprel görüşünü təhlükəsizlik təminatı baxımından “çox vacib” adlandıran hökumətimiz əmindir ki, ölkə üçün təhlükələr həmin 1 milyard dollarla aradan qaldırıla bilər. Bu gözləntidir. Həmçinin həmin əzilmiş əsginaslar birdən-birə yox, hissə-hissə veriləcək, yalnız “Qərb xeyriyyəçiləri”nin göstərdiyi sahələrə yönəldiləcək”.