16 İyun 14:08
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin Ermənistan Baş naziri Nikol Paşinyandan üzr istəyib-istəməyəcəyi ilə bağlı sualını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Belarus lideri suala sarkazmla cavab verib.

“Qulaq asın, bu, gülməlidir. Deyir ki, qoy Lukaşenko üzr istəsin. Yaxşı, indi hamının gözü qarşısında hazıram. Bağışla, əzizim, amma sən murdar adamsan! Başqa biri də vardı. Yaşıl köynəkli belə bir murdar da var idi, o da həmişə nəsə istəyirdi. İndi onunla hər şey məlumdur. Amma bu Paşinyan nəsə səhv edərək gecə mənə zəng edib Putinlə onu barışdırmağımı istəyəndə, ona kömək elədim. Sonra Vladimir Vladimiroviç mənə dedi ki, Aleksandr Qriqoryeviç, bu Paşinyan adamı lap bezdirir, bunu bilməlisən.

Başqa cür demişdi, amma mən sizin üçün yumşaldıram. Beləliklə Moskvada görüşdülər. İndi də mənə belə “minnətdarlıq” edir”, - Lukaşenko bildirib.

Ermənistan baş naziri bundan əvvəl Aleksandr Lukaşenko Belarus prezidenti olduğu müddətdə bu ölkəyə səfər etməyəcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər