Kürdəmir rayonunda yol qəzası olub, ölən və xəsarət alanlar var.
Teleqraf.com xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib və aşıb.
Qəza zamanı bir nəfər Pakistan vətəndaşı hadisə yerində dünyasını dəyişib, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.