19 Avqust 13:20
1 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müttəfiqləri və tərəfdaşları ilə əlaqələrini gücləndirərkən, Ermənistan Baş naziri Nikol Paşinyan velosiped sürür, şeir yazır, müxalifət isə çaşbaş qalıb.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.

“Yaxın Şərq və yaxın regionda yeni gərginlik və partlayış təhlükəsinə, bütün qonşular və rəqiblərin aktiv təmaslarına, onların aramsız açıq və qapalı danışıqlarına, Putinin Bakıya səfərinə necə cavab verməliyik: velosipedlə, xaşlama və şeir gecəsi ilə, yavaş-yavaş tətildən qayıdan, ümumiyyətlə heç nə bilməyən müxalifətlə? Artıq Cənubi Qafqazın mənasız və ümidsiz artığı rolumuza alışırıq”, - ekspert bildirib.

Ovannisyanın fikrincə, region və ətrafında ciddi proseslər gedərkən Ermənistan qeyri-ciddi halda ortada qalıb:

“Bütün fəlakətlərimizin kökündə keyfiyyətsizliklə bəzədilmiş strateji primitivliyimiz dayanır. Azərbaycan BRİKS-ə ərizə verir, biz qafiyə açıb şeir oxuyuruq. Düz dörd il əvvəl, 2020-ci il savaşından əvvəl də eyni qeyri-ciddi vəziyyət idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər