11 Sentyabr 20:27
3 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi və sülhlə bağlı mövqeyi İranı narazı salıb.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Paşinyan hakimiyyətə gələndən bu yana əsas müzakirə mövzularından biri Rusiyanın onu devirmək istəkləri barədədir. Kreml Paşinyanı devirmək üçün çox çalışdı, alınmadı. Fikrimcə, hazırda rollar dəyişib, bu dəfə Paşinyanı Tehran və ya Qum devirməyə çalışacaq.

İranın mühafizəkar dairələrinin “Zəngəzur dəhlizi olmamalıdır” tezisini Ermənistanda Paşinyana müxalif olan qüvvələr dəstək verirlər.

Tehran Paşinyanın Azərbaycanla həm sülh müqaviləsi imzalamaq, həm də dəhlizin açılmasına marağını müşahidə edir. Bu, Tehran və ya Qumun maraqlarına ziddir. Odur ki, İrandakı dairələrin Paşinyanı devirmək üçün Ermənistanın radikal müxalifətiylə sıx dialoqa keçəcəyini istisna etmirəm, bəlkə də maliyyə və təlimatların ötürülməsi prosesi artıq başlayıb”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər