Revanşist “Vətən naminə Tavuş” Hərəkatının lideri Baqrat Qalstanyan Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş revanşistlərin sentyabrın 22-də İrəvanda keçiriləcək “böyük toplantı”ları ilə əlaqədar baş tutub.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Baqratla görüşdən imtina edib.
Revanşist hərəkat sentyabrın 23-də Nikol Paşinyan hökumətinə qarşı itaətsizlik aksiyalarına başlayacağını açıqlayıb. Aksiyalara yenə Baqrat rəhbərlik edəcək.
Qalstanyan və tərəfdarlarının maydan başlayaraq iki ay davam edən aksiyaları nəticəsiz bitmişdi. Onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.