21 Avqust 13:54
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanla bağlı son açıqlaması ermənilərin xətrinə dəyib. Dünəndən Belarus liderini tənqid atəşinə tutmağa başlayıblar.

Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı bir siyasətçinin verdiyi şərh öz qəribəliyi ilə digərlərindən tamamilə fərqlənir.

Tənqid marafonuna qoşulan “Erməni Qartalları - Vahid Ermənistan” adlı partiyanın sədri Xaçik Asryan Lukaşenkonun açıqlamasından o qədər qeyzlənib ki, gülünc iddialar səsləndirib.

Mənsub olduğu xalqın əcaib iddialarını bir az da şişirdən Asryan deyir ki, ermənilər “nəinki şumer sivilizasiyası, hətta dünyada ilk dövlətin və Belarusun da qurucuları”dır. O, yeni bir canlı növü də kəşf edib: “armenoid”.

Bu qəribə adamın gülüş doğurdan iddiası belədir:

“Sən elə bilirsən ki, Ermənistan və ermənilər yetimdir, nə vaxt istəsəniz, Ermənistanı və erməniləri ələ sala, məsxərəyə qoya, aşağılaya bilərsiniz?

Lukaşenko, sən heç olmasa bilirsənmi ki, 8000 il əvvəl Yer üzündə ilk dövləti yaradan şumerlər armenoid antropoloji tipinə aid idilər və 2000 ümumi erməni-şumer sözü vardı? Bəlkə də unutmusan, amma mən xatırladım: erməni millətindən olan Aleksandr Myasnikyan XIX əsrin əvvəllərində belarus xalqı tərəfindən qurulan Belarusun ilk dövlət təşkilatının banisi və ilk rəhbəri idi”.

Asryan müraciətinin sonunda “8000 illik tarixi olan ermənilər” sayıqlamasını bir daha xatırladıb.

Belarus liderinin “8000 min illik xalq”ı özündən çıxaran açıqlamasına gəlincə, aşağıdakı kimidir:

“Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. İqtisadiyyatlarını inkişaf etdirsinlər, resurslarını istiqamətləndirsinlər. Fransa, yoxsa Makronla? Sabah onlar olmayacaq və hamı Ermənistanı unudacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər