23 Avqust 11:27
2 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan komandasının üzvləri ilə silsilə toplantılara başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Köçəryanın başçılıq etdiyi “Ermənistan” blokunun deputatları iki gündür İrəvanda yerləşən “Amberd” otelindədir. Burada keçirilən iclaslara Robert Köçəryan sədrlik edir.

“Əsas müzakirə mövzuları yayda dayandırılan Paşinyanın impiçmenti prosesi və payızda aktivləşəcəyi elan edilən arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatla bağlı planın hazırlanması olub. Davam edəcək iclasda Ermənistanın xarici siyasət məsələləri və problemləri də müzakirə olunacaq. Əldə etdiyimiz məlumata görə, fraksiya tam tərkibdə iştirak edir, müzakirələrə Robert Köçəryanla yanaşı, Seyran Ohanyan və İşxan Saqatelyan da rəhbərlik edəcək”, - məlumatda deyilir.

İclaslarda daha nələrin müzakirə edildiyi və konkret hansı məqsədlə toplandıqları ictimaiyyətə açıqlanmasa da, hədəflərinin Baş nazir Nikol Paşinyanı devirmək olduğu söylənilir. Fraksiya üzvləri bu barədə “Hraparak”ın sorğularını cavabsız qoyublar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər