Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Nazirlər Ermənistan və İran arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələləri müzakirə edərək, hər iki tərəfin qarşılıqlı maraq doğuran sahələrdə dostluq əlaqələri və güclü tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində davamlı səylər göstərməyə hazır olduqlarını vurğulayıblar. Gələcəkdə həyata keçiriləcək proqramlardan danışılıb.
“Ararat Mirzoyan qeyd edib ki, rəsmi İrəvan Ermənistanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı İranın qəti mövqeyini yüksək qiymətləndirir”, - açıqlamada deyilir.