27 Avqust 22:27
4 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə sabiq prezident Robert Köçəryanın rəhbərliyi ilə “Ermənistan” blokunun toplantısı keçirilib. İclasda Ermənistanın daxili siyasi durumu və ölkə ilə bağlı mümkün geosiyasi gəlişmələr müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, toplantıda Ermənistanda mümkün erkən parlament seçkilərinə də toxunulub.

Blokun deputatı Kristin Vardanyan Köçəryan və blokunun gələcək planları barədə danışıb.

Deputat Nikol Paşinyana qarşı mübarizəni davam etdirdiklərini bildirib: “Mübarizə davam edir, bu yolda (hakimiyyət dəyişikliyinə nail olmaq üçün – red.) bütün vasitələrdən istifadə edəcəyik”.

“Ermənistan” blokunun Paşinyan əleyhinə mübarizəyə rəhbərlik edib-etməyəcəyi ilə bağlı suala Vardanyan belə cavab verib:

“Mayda hökumətin istefası tələbi ilə başlayan etiraz hərəkatını dəstəkləmişdik. İndi payızda yenidən hərəkətə keçmək niyyətindədirlər, yaxın gələcəkdə bu hərəkata dəstəyimizi davam etdirməyə hazırıq. Bu mərhələdə keşiş Baqratın hərəkatını dəstəkləyirik”.

Bununla belə, Vardanyan Nikol Paşinyanı devirməyin o qədər də asan olmadığını vurğulayıb:

“Durum əksər vətəndaşlarımızın düşündüklərindən qat-qat mürəkkəbdir. Biz bütün güc strukturlarını əlində saxlayan. qeyri-məhdud maliyyə və digər resurslara malik olan, konkret geosiyasi dayaqları olan qüvvə ilə üz-üzəyik. (Köçəryan düşərgəsində) Bu mübarizənin asan olacağı gözləntiləri yoxdur, xüsusən də hər hansı bir güc strukturları ilə mübarizə məsələsind. Müxalifətin gücü iqtidardan daha azdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər