Almaniyanın İrəvandakı səfiri Klaudiya Buşun Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla ilk görüşündə Cənubi Qafqazda milli və regional təhlükəsizlik məsələsi diqqət mərkəzində olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın Ermənistandakı səfirliyinin məlumatında deyilir.
Tərəflər qeyd ediblər ki, Ermənistan-Almaniya, eləcə də Avropa Birliyi ilə əməkdaşlığın dərinləşdirilməsi sabitliyin möhkəmləndirilməsi üçün mühüm açardır.
“Almaniya Ermənistanı dəstəkləməyə hazırdır. Mən qarşılıqlı etibarlı əməkdaşlığa ümidlə doluyam”, - Buş bildirib.