15 Oktyabr 12:05
5 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan üçün mövcud təhlükələr keçmiş hökumət nümayəndələrinin, xüsusilə Robert Köçəryanın fəaliyyətləri ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müxalif “Respublika Naminə” partiyasının sədr müavini Ruben Mehrabyan deyib.

Siyasətçi Köçəryanın "ölkənin təhlükə altında olmasının onu siyasətə qayıtmağa məcbur etməsi" ilə bağlı bəyanatını belə şərh edib:

“Ölkə fikirləşib o kəndiri boynundan kəsməli, boynunu oradan çıxarıb azad olmalıdır. Ölkədə mövcud təhlükələr o və onun kimilərin fəaliyyətlərinin nəticəsidir ki, indi gəlib bu yerə çatmışıq. Onun siyasətə qayıtması Ermənistanın sonu deməkdir və buna imkan verməmək Ermənistanın borcudur”.

Mehrabyan qeyd edib ki, ölkədə ədalət olsaydı, 20 illik kriminal diktaturaya siyasi-hüquqi qiymət verilsəydi, Köçəryan belə açıqlamalar verməzdi.

Siyasətçinin fikrincə, Köçəryan və onun kimilərin siyasətlə məşğul olmağa haqqı yoxdur, onları siyasətdən qovmaq lazımdır:

“Moldova və Ukraynada olduğu kimi, onun kimilər cəmiyyətdən təcrid olunmalı və siyasi hüquqları qanunla məhdudlaşdırılmalıdır. Məsələn, seçkilər keçirilən Litvada köçəryankimilər – vaxtilə ölkədə kriminal diktatura rejimi yaradan şəxslərin seçkilərdə iştirakı qanunla qadağan edilib.

Ümumiyyətlə, Ermənistanda Rusiya təsirini yayanları bu imkandan məhrum etmək lazımdır. Bu, cinayətkar subkulturaya bərabər tutulmalıdır. Rusiyanın müdaxiləsinin ən mühüm alətlərindən biri onlardır və hələ də Ermənistanda sərgərdan gəzib-dolaşırlar. Onların şansları sıfırdır, Ermənistan onlarla irəli getməyəcək”.

Mehrabyan bir daha təkrarlayıb ki, köçəryankimilər siyasətlə məşğul olmamalı, siyasi hüquqları konkret səbəblərdən qanunla məhdudlaşdırılmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər