12 Oktyabr 14:17
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan rusiyayönlü məmurları komandasından uzaqlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Son bir neçə gündə dövlət sistemində işdən çıxarılmalar Paşinyanın anti-Rusiya xəttinə uyğundur. Mənbələrimiz bildirir ki, Rusiya ilə bağlı məmurlar sistemdən uzaqlaşdırılacaq”, - erməni nəşri qeyd edir.

Son bir həftə ərzində 10-dan çox belə şəxsin hakim komandadan uzaqlaşdırıldığı bildirilir.

Ermənistan baş nazirinin Rusiyaya qarşı bir başqa həmləsi isə enerji sahəsi ilə bağlıdır. Paşinyan Rusiyaya bağlı olan Ermənistan Milli Elektrik Enerjisi Şirkətinin səhmlərinin bir hissəsinin milliləşdirilməsinə çalışır. Ötən gün baş nazir komandası ilə görüşündə bu məsələni müzakirə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər