15 Oktyabr 12:48
4 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revanşist müxalif hərəkatıbn lideri Vazgen (Baqrat) Qalstanyan keçmiş prezidentlər Serj Sərkisyan və Robert Köçəryanın layihəsidir. Qalstanyanı dünyaya gətirib böyüdən onlardır, indi də həm maddi, həm də insan resursları ilə dəstəkləməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib.

“Qalstanyan keçmiş prezidentlərin dəstəyi olmadan mitinqlər təşkil etməyə cəhd etsəydi, çox acınacaqlı vəziyyət olardı. Çünki o, 1000-2000 nəfərlik aksiya belə təşkil edə bilməzdi. Bir yerə toplaşan o adamların sıralarına baxın: “respublikaçılar” (Sərkisyan tərəfdarları), daşnaklar və köçəryanları görəcəksiniz”, - ölkə rəsmisi qeyd edib.

Çaxoyan Baqratı “Köçəryan və Sərkisyanın kölgəsi” adlandıran erməni kilsəsinin arxiyepiskopu Mikael Ajapaxyanın açıqlamasına da toxunub:

“Əslində, kilsə Ajapaxyan vasitəsilə Qalstanyandan qurtulmağa çalışır. Çünki Ajapaxyanın özü də eyham vurur ki, heç bir fəallıq yoxdur, hərəkat sönüb, uğur qazanmayacaqlar, kilsə bunu dəstəkləmir.

Həmin Baqrat Qalstanyanın özü dəfələrlə bəyan edib ki, katalikosun (II Qaregin) xeyir-duası və dəstəyi olmadan heç vaxt heç bir addım atmayacaqlar”.

Ajapaxyanın səs-küylü bəyanatından sonra Robert Köçəryanın açıqlamasına toxunan Çaxoyan qeyd edib: “Köçəryan da Baqrat Qalstanyandan qurtulmağa çalışır”.

Qalstanyan oktyabrın əvvəlində “ümumxalq mitinqi” elan etsə də, bu səyləri nəticəsiz bitib. Planlaşdırılan “izdihamlı mitinq” 2-3 min nəfərlik etirazçının iştirakı ilə yekunlaşıb. Revanşist hərəkat Baş nazir Nikol Paşinyanın istefasını tələb edirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər