Rusiya həmişə Ermənistanın düşməni olub.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müxalif Avropa Partiyasının sədri Tiqran Xzmalyan deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanla 44 günlük müharibədə Ermənistanı dəstəkləməyərək ona “xəyanət” edib:
“Buna baxmayaraq, Ermənistan Rusiya ilə ticarətini davam etdirir. Bu ticarət cinayətdir, çünki bunlar sanksiyaya məruz qalan mallardır. Rusiya bunları Ermənistan vasitəsilə ərəb ölkələri və Sinqapura satır. Ermənistan Rusiyanı zənginləşdirmək üçün kriminal sxemdə iştirak edir və alınan pullar Ukrayna ilə müharibəni davam etdirməyə, Gürcüstan və Ermənistanda müxalifət və demokratiyanın yatırılmasına qarşı istifadə olunur.
Ermənistanın burada iştirakı biabırçılıqdır. Rusiya həmişə Ermənistanın düşməni olub, bunu heç vaxt gizlətməyib”.
Xzmalyan etiraf edib ki, sanksiyalara məruz qalan Rusiya Qərbdən ala bilmədiyi malları Ermənistan vasitəsilə əldə edir.