9 Yanvar 16:03
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq təşəbbüsünə Brüsselin cavabını gözləməliyik.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Avropa İttifaqının üzvlük proseslərini başlatdığı bizə məlumdur. İndi Avropa İttifaqının bu məsələdə mövqeyinin nə olduğunu anlamaq lazımdır”, - Kreml nümayəndəsi deyib.

Peskov uzun illərdir Aİ-yə üzvlük oriyentasiyasını qoruyub saxlayan, amma Brüsseldən müsbət cavab almayan Türkiyəni xatırladıb.

Rusiya rəsmisi Ermənistanın Aİ-yə qoşulmaq təşəbbüsünün onun suveren hüququ olduğunu söyləsə də, Avrasiya İqtisadi Birliyinə üzvlüyünün bu ölkə üçün daha faydalı olduğunu da vurğulayıb: “Əlbəttə, bu onların suveren hüququdur. Amma əminik ki, Avrasiya İqtisadi Birliyinə üzvlük Ermənistan üçün daha faydalıdır”.

Həmçinin Kremlin sözçüsü əlavə edib ki, eyni anda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinin üzvü olmaq mümkün deyil.

Xatırladaq ki, hökumət bu gün keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər