14:31
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqından (Aİ) Ermənistanın təşkilata üzvlüyü ilə bağlı heç bir siqnal yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Xaçaturyan deyib.

“Tutaq ki, üzvlüklə bağlı referendum keçirdilər, xalqın 95 faizi razılığını bildirdi, bəs Avropa İttifaqından bir siqnal almışıqmı ki, siz referendum keçirin, biz qapılarımızı sizə açacağıq. Mən Avropa İttifaqından Ermənistanın yaxın gələcəkdə təşkilata üzv ola biləcəyinə dair heç bir eyham görməmişəm ki, bu qanunu qəbul etsək, Ermənistan Avropa ailəsinə üzv olacaq.

Rusiyanın buna cavabı da başqa bir həqiqəti ortaya qoyur, ruslar deyirlər ki, siz eyni vaxtda həm Avrasiya İqtisadi Birliyi, həm də başqa bir ittifaqa üzv ola bilməzsiniz. Yəni eyni anda iki stulda oturmaq mümkün deyil. Rusiya Paşinyanın demək istəmədiyini deyir, bu, Moskvadan uzaqlaşmaq məsələsidir, amma bilmirəm hara”, - deputat qeyd edib.

Xaçaturyanın fikrincə, Ermənistanın Aİ-yə üzvlük məsələsi illərlə uzanacaq, sonda ölkənin ittifaqa üzv olmayacağı mənasız prosesə çevrilə bilər.

Xatırladaq ki, hökumət ötən həftə “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər