13 Yanvar 16:12
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, bizim qərarımız situasiya və dövlətin maraqlarına uyğun olaraq verilir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Tsovinar Vardanyan İrəvanın Azərbaycanla sülh sazişi imzalanana qədər ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verməsinin mümkün olub-olmaması sualına münasibət bildirərkən deyib.

“Burada perspektiv çox vacibdir, biz Ermənistanın dövlət maraqlarından çıxış edərək, hər hansı ilkin şərtləri nəzərə alaraq və ya heç bir ilkin şərtləri nəzərə almayaraq, sülhün qurulması prosesinə necə baxırıq. Həyatda hər şeyi nəzərdən keçirmək olar, bu, dövlətimizin maraqlarına nəyin uyğun olacağından asılıdır”, - siyasətçi qeyd edib.

Vardanyan əlavə edib ki, Ermənistanın artıq ATƏT-ə belə bir ərizə verib-vermədiyi və ya verməyi planlaşdırdığı barədə məlumatı yoxdur:

“Həmçinin hazırda Minsk Qrupunun işləyib-işləmədiyini deyə bilmərəm, indi mən daha çox hansı hadisələrin baş verə və hansı situasiyaların yarana biləcəyi, həmin vəziyyət və hadisələrdə Ermənistanın mövqeyinin necə olacağı perspektivindən çıxış edə bilərəm.

Ermənistan hazırda sülh prosesini başa çatdırmaq, nəhayət, regionda sülhün bərqərar olması məqsədilə imkan yaratmaq üçün danışıqlar aparır”.

Ermənistan baş nazirinin sözçüsü Nazeli Baqdasaryan ötən həftə açıqlamışdı ki, İrəvan Minsk Qrupunun buraxılması üçün ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər