27 Aprel 2018 12:41
482

Bu gün Bakıda FIA Formula 2 sinfində avtoyürüşlərin praktiki sessiyası başa çatıb.

Sərbəst yürüşdə ən yaxşı nəticəni "Carlin" komandasının braziliyalı pilotu Serjiu Sette Kamara göstərib. Onun nəticəsi 1:57.136 dəqiqə təşkil edib.

İkinci nəticəni "Campos Vexatec Racing"in italiyalı pilotu Luka Gyotto (1:57.208), üçüncü nəticəni "MP Motorsport"un pilotu Ralf Boşunq (1:57.629) göstərib.

Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayıb.

Trasda hər biri iki pilotla təmsil olunana 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

Bakıda 3-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 29-dək davam edəcək.


Müəllif: Mənbə/Trend