3 Sentyabr 2014 12:32
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın xalq artisti, Azərdbaycan Dövlət Mükafatı laureatı Yaşar Nurinin doğum günüdür. Teleqraf.com xəbər verir ki, 1951-ci ildə Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn Yaşar Nuri 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilib və teatr səhnələrində uşaq rollarını ifa edib. 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

Tələbəlik dövründə “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız müqəssirlər”də Neznamov və s. obrazlarını yaradıb. 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuri həm də kino yaradıcılığı seçilən aktyorlardan olub. Onun “Bəyin oğurlanması”, “Ölsəm, bağışla”, “Qətl günü”, “Alma almaya bənzər”, “Yol əhvalatı”, “Mənim ağ şəhərim”, “Ağ atlı oğlan”, “Yoxlama” və s. filmlərdə sevilən obrazlar yaradıb.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə noyabrın 22-də dünyasını dəyişib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər