Azərbaycanda noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 14-17° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağda - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 12-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-11°isti olacağı gözlənilir.
Mərkəzi Aranda - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 14-17° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti təşkil edəcək.
İlhamə ƏBÜLFƏT