18 Noyabr 2016 11:58
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda 2 milyon 600 minə yaxın uşaq var”.

Teleqraf.com-un məlumatına görə, bunu BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir.

Hicran Hüseynovanın sözlərinə görə, uşaq siyasətinin reallaşmasında güclü qanunvericilik bazasının yaradılması çox vacibdir. Sədr qeyd edib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3824 nəfər əsir kimi qeydiyyatdadır: "Onlardan 60-ı uşaqdır. Uşaqların isə 20-si qız, 40-ı oğlandır".


Müəllif:

Oxşar xəbərlər