7 Yanvar 2017 12:44
5 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsman Aparatı Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə qarşı törədilən zorakılığa münasibət bildirib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Teleqraf.com-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı Ombudsman Aparatı Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə məktub göndərib:

"Müraciətdə 10 yaşlı Nuray Bayramzadəyə qarşı məhkəmə qərarının icrası zamanı kobudluq edildiyi bildirilib. Qızın psixoloji durumu. keçirdiyi sarsıntı nəzərə alınmadan kobudluğa yol verilib”.

Aydın Səfixanlı qeyd edib ki, Ombudsman Aparatının Quba rayon Regional Mərkəzininin əməkdaşları uşağın xalası ilə əlaqə saxlayıblar: “Azyaşlının xalasının yanında olduğu və vəziyyətinin də normal olduğu bildirilib. Uşağın xalasına bildirilib ki, hər hansı hadisə baş verərsə, "Qaynar xətt"ə məlumat versinllər”.

Hazırda Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları Nuray və xalası ilə görüşür. Nuray Bayramzadə ilə bağlı məsələ Ombudsmanın nəzarətindədir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər