8 İyul 2014 15:48
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda dağlara yağan güclü leysan bir nəfərin həyatına son qoyub.

Göygöl rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Turani Əliyevin verdiyi xəbərə görə, rayonun dağlıq ərazisinə yağan güclü leysan Gəncə çayında suyun səviyyəsini artırıb.

Nəticədə, çayın Zurnabad kəndi istiqamətində olan keçidini su aparıb. Sel suları çay kənarındakı yeməkxanaya dolub. Həmin yeməkxanada mühafizəçi işləyən Topalhəsənli kənd sakini, 1942-ci il təvəllüdlü Hidayət Cəfərov boğularaq ölüb.

Bundan başqa, rayonun 6 yaşayış məntəqəsinə gedən elektrik dirəkləri aşıb və kəndlər enerjisiz qalıb. Həmçinin rayonun kənd təsərrüfatı və yol infrastrukturuna ciddi ziyan dəyib. T.Əliyev hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görüldüyünü bildirib.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər