17 Fevral 2017 19:25
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan referendumun konstitusional və hüquqi quruluşunu tanımır”.

Bu barədə Avropa İttifaqının mətbuat xidmətindən Dağlıq Qarabağda fevralın 20-də keçirilməsi nəzərdə tutulan "referendum"la bağlı bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyana verib: “Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstələyir və davamlı sülh naminə danışıqların tez bir zamanda bərpasına çağırır”.

/APA/


Müəllif:

Oxşar xəbərlər