Gürcüstan prezidenti Giorgi Marqvelaşvili martın 16-da Azərbaycana səfər edəcək.
Teleqraf.com “Sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə prezidentin mətbuat katibi Eka Mişveladze bildirib. O qeyd edib ki, səfərdə məqsəd “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən V Qlobal Bakı Forumunda iştirak etməkdir.
Səfər zamanı G.Marqvelaşvilinin Prezident İlham Əliyevlə görüşəcəyi planlaşdırılır. Bundan başqa Gürcüstan prezidentinə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adının veriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, forumda Transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, ekstremizmin beynəlxalq təhlükəsizliyə təhdidləri kimi məsələlər müzakirə olunacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək forumda 7 ölkənin hazırkı dövlət başçısı, həmçinin keçmiş dövlət və hökumət rəhbərləri, nüfuzlu siyasətçilər və ictimai xadimlər iştirak edəcəklər.
Səxavət